Dalay Lama: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 8:
* Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər.
== H ==
* Heyvanlar arasında belə dinc olanları ətrafdakı digər heyvanları cəzb edirlər, vəhşi olanlardan isə hamı qaçır. Aqressiv itlərdən digər itlər, hətta onlardan daha iri olanlar belə əksərən uzaq dururlar.
* Həqiqətən vacib olan məsələ hisslərin kobudca və tez doydurulması yox, idrakın doydurulmasıdır. Buna görə də xoşniyyətli olmaq, başqalarına kömək etmək, arzuları azaltmaq və sahib olduğunla xoşbəxt olmaq sadəcə bir dinin ardıcıllarına aid məsələ deyil. Bunları İlahini məmnun etməyin, ya da yenidən həyata gəlməyi sığortalamaq üçün bir vasitə kimi də irəli sürmürəm. Demək istədiyim odur ki, daxili rahatlığını təmin etmək istəyən bir insanın heç bir halda bunlarsız keçinə bilməyəcəyidir.