Dalay Lama: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1:
{{ABC}}
== B ==
* Bu insanlara da aiddir. Özlərinə nəzarət edən, nəzakətli, həssas və xoşniyyətli insanların təbii olaraq daha çox dostları olur. Başqaları onlarla dostluqdan zövq alır, heyvanlar belə onları sevir. Belələri getdikləri hər yerdə xoş ovqat yaradırlar, insanlar onların yanlarından ayrılmaq istəmir.
* Bütün bunları danışarkən öz xoşbəxtliyimizdən imtina edərək, özümüzü ancaq başqalarına həsr etməli olduğumuz fikrindən uzağam. Demək istədiyim odur ki, bu ikisi bir-birini tamamlayır. Əgər yer üzündə sülh və xoşbəxtlik istəyiriksə, hadisələrə daha geniş perspektivdən baxmağı öyrənməli, hər insanın fərdi fəaliyyətinin vacibliyini dərk etməliyik.
 
== Ç ==
* Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik.