Dalay Lama: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 10:
== Ə ==
* Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər.
== G ==
* Gələcək həyatdan bəhs etmirəm, bu həyatı gözəlləşdirməkdən ötrü başqalarına düşüncə və davranışlarımızla qayğı göstərməliyik, belə olanda biz də özümüzü rahat hiss edəcəyik. Bizim də ehtiyacımız olanda dəstəyini hiss etdiyimiz adamlar olacaq, hətta düşmənlərimiz belə dostlarımıza çevriləcəklər.
== F ==
* Fikirlərimiz kəskinləşəndə, danışığımız aqressiv, hərəkətlərimiz zorakı olanda isə başqaları bizi görəndə özlərini narahat hiss etməyə və bizi görməzdən gəlməyə başlayırlar. Demək istədiyimiz şeylə maraqlanmırlar, biz onlarla danışmağa çalışanda arxalarını çevirirlər. Bizdən necə məmnun ola, varlığımızdan necə xoşbəxt ola bilərlər axı? Və belə bir həyat çətin deyilmi?
|