Dalay Lama: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 11:
 
== Ə ==
* Əgər səhv etmisinizsə, onu düzəltmək üçün dərhal nə isə edin.
* Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər.
 
== G ==
* Gələcək həyatdan bəhs etmirəm, bu həyatı gözəlləşdirməkdən ötrü başqalarına düşüncə və davranışlarımızla qayğı göstərməliyik, belə olanda biz də özümüzü rahat hiss edəcəyik. Bizim də ehtiyacımız olanda dəstəyini hiss etdiyimiz adamlar olacaq, hətta düşmənlərimiz belə dostlarımıza çevriləcəklər.