Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 36:
* Hər cür elmi irəliləmənin tərəfdarıyam, amma irəliləmə, yaradıcı insanların əlində olmalıdır… irəliləmə, müharibə deyə bağıranların əlində olmamalıdır.
* Hər şeyə fərdilik gətir. Təqlid etmək, həyatı ıskalamaktır. Təqlidçi olmaq nevrotik olmaqdır. Bu dünyada ağlı başında olmanın tək yolu, fərdi, orijinal olmaqdır. Özünə xas ol.
* Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.
* Həyat bu qədər asan yox edilməsinə icazə verə bilməz, çox böyük müqavimət göstərəcəkdir. O müqavimətdə yeni bir insanın, yeni bir şəfəqin, yeni bir nizamın, bütün həyatın və varoluşun doğumu gizlidir.
* Həyat əsla özünü təkrar etməz. Daima təzə, daima yeni, daima böyüyən, daima araşdıran, daima yeni macəralara irəliləyəndir. Köhnə hazır cavablarının sənə faydası olmayacaq. Əslində səni əngəlləyəcəklər; yeni durumu görməyinə imkan verməyəcəklər.