Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 44:
* Həyatım boyunca bir çox şeyin qeyb olduğunu gördüm. Bəlkə hamıdan daha çox dostum oldu. Lakin, birisi bu gün dostdur, sabah bitər. Bir qovşaqda bir yol tapar və ayrılar. Lakin mən daima sadəcə yolçu olduğumuzu fərz etdim; birisinin nə qədər səninlə birlikdə olacağını əsla bilə bilməzsən. Birisi səninlə birlikdə ikən, verə bildiyin qədər sevgi ver, paylaşa bildiyin qədər paylaş. Sabah bəlkə o insanla vidalaşmaq məcburiyyətində qalacaqsan.
* Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.
* “Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm.
* Hindistanın fəlsəfə tarixində məşhur deyim, Satyameva jayate’ dir: “Kim məğlub olursa olsun, həqiqət qazanmalıdır.” Bu, bir dəyərsizlik kompleksindən ortaya çıxmır, üstün bir zəkadan doğur.
* Hisslərini milyon insan arasında parçalamaq insanı zərrələşdirir. Partnyorlarını tez-tez dəyişənlərin həyatı, yeri tez-tez dəyişdirilən ağaca bənzəyir. Ağacın bir və əbədi yeri olmalıdır, o zaman onun kökləri daha dərinə gedəcək və ağacı güclü edəcək.