Frederik Beqbeder: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3:
* Belə yaşamaq üçün ya diplomat ya da riyakar olmaq lazımdır. Belə baxanda ikisi də eyni şeydir.
* Bir insan 1976-ci il təvəllüdlü bir qıza "Yetmiş altı? Yadımdadır, həmin il quraqlıq olmuşdu" deyirsə, həmin insan qocadır.
* Bir neçə günlük vicdan əzabı və iztirabdan sonra növbəti nəticəyə gəldim: arvadınız dosta çevrilirsə, onda dostunuza arvadınız olmağı təklif etmək vaxtıdır.
* Birinci il mebel alırlar. İkinci il mebeli yerləşdirirlər. Üçüncü il mebeli bölürlər.
* BMT-nin Finlandiya, Rusiya, Misir, CAR-da müxtəlif dildə danışan, müxtəlif sahələrdə işləyən, müxtəlif tərzdə geyinən, müxtəlif valyutadan istifadə edən, müxtəlif tanrılara dua edən və müxtəlif şeytanlardan qorxan, müxtəlif ümidlər və xəyallar quran yüzlərlə kişi və qadınlar arasında apardığı sorğu nəticəsində məlum olub ki...birgə yaşayışdan üç il sonra boşanma əyrisi çox sürətlə yuxarı qalxır. Bu ümumi cəhət daha bir təhqirdir.
|