Frederik Beqbeder: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 13:
== Ə ==
* Ən gözəl bayramlar içimizdə baş verənlərdir.
 
== G ==
* Geriyə dönüş olmayanda məhəbbət bitir.
Sətir 21 ⟶ 22:
 
== X ==
* [[Xoşbəxtlik]] bədbəxtliyin susmasıdır.
* Xoşbəxtlik niskildən daha qorxuludur.
* Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və təlaş gərəkdir. Ümumiyyətlə, nigah xoşbəxtlik üçün nəzərdə tutulub, məhəbbət üçün yox.
 
== K ==
* Kamal attestatı və ya sürücülük vəsiqəsi alanda imtahan verdiyimiz kimi evlənirik: həmişə içinə sığışmalı olduğun eyni çərçivələr. Hamı kimi. Necə olursa olsun HAMI kimi. Əgər hamıdan yaxşı alınmırsa, heç olmasa dala qalmamağa çalış, yoxsa, allah eləməsin, birdən hamıdan pis olarsan. Və bu, əsl məhəbbəti məhv edən ən yaxşı vasitədir.
Sətir 50 ⟶ 52:
== O ==
* Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan.
 
== Ö ==
* Ölümdən qorxanlar heç nə ilə maraqlanmayan insanlardır. Mənim problemim odur ki, sən onun həllisən.
 
== S ==
* Sənsiz həyatım gözləmə zalıdır. Neon lampalarının işığında, linoleum döşəməli xəstəxananın gözləmə zalından da pis nə ola bilər ki? Məni buna məruz qoymaq insanlığa sığarmı? Üstəlik bu zalda təkəm, əzab çəkən, qanayan yaraları məni sakitləşdirə biləcək başqa heç kim yoxdur. Nə stollarda başımı qatacaq şəkilli jurnallar, nə həsrətin sonu olacağına ümid bəxş edən, nömrəli talonlar verən avtomatlar var. Dəhşət qarnım ağrıyır, qulluq edənim də yoxdur. Aşiqliyin vəziyyəti də elə budur: qarında ağrı və yeganə dərman - sən.
Sətir 57 ⟶ 61:
== T ==
* Tez-tez deyirlər ki, simanızı xilas etməlisiniz. Mən isə deyirəm ki, simanızı öldürməlisiniz. Yalnız bu yolla özünüz xilas olacaqsınız.
 
== Ü ==
* Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul.
 
== Z ==
* Zirvələr fəth edib, dibə çökməyən, göydən hazır düşən məhəbbət üç il yaşayır. Sevgililərin hər ikisi məhəbbətin qiymətini bilirsə, o çox yaşayır.
 
[[Kateqoriya:Şəxslər]]