Rahatlıq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 7:
* Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik. [[Paulo Koelyo]]
== H ==
* Nadanlıqdan can qurtarmaq, qorxu və xofdan azad olmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismani ləzzət və istirahətdən əl çəkir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılardan xilas olmaq, əsl əziyyət isə cəhldir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar. Elmə yiyələnərək əbədi səadət, həmişəlik istirahət əldə etdiklərindən tez ötüb keçən bəlalara məruz qalan, böyük baş ağrısına səbəb olan, müxtəlif qəm və kədər yaradan, təşviş və təlaş törədən dünya işlərindən əl çəkər, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımı, başqa arzu eşqinə düşər. [[Nəsirəddin Tusi]]
* Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır! [[Bencamin Franklin]]
* Hər şeydə olduğu kimi, ailə həyatında da daxili rahatlıq zənginlikdən üstündür. [[Molyer]]