Sərhəd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 20:
* Sevgi və ölüm sərhəd tanımır. [[Fransız atalar sözləri]]
* Sevmənin sərhədi ola bilməz. [[Alber Kamyu]]
* Stiv Cobs xərçəng xəstəliyindən tamamilə gücsüz hala düşdükdə belə desək bəşəriyyətə son sitatını səsləndirmişdi. Bu sitat isə belə idi: “Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hislərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın!” [[Stiv Cobs]]
[[Kateqoriya:Mövzular]]