"Marsel Prust" səhifəsinin versiyaları arasındakı fərqlər

699 bayt əlavə edildi ,  11 ay öncə
{{ABC}}
== A ==
* Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir.
* [[Aşiq]] olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər.
 
== B ==
* Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik.