Marsel Prust: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik.
* Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz.
== İ ==
* İstədiyimiz bir insana məxsus kimi görünən bir şeyin əslində ona aid olmadığını əvvəllər də bir çox dəfə sezmişdim. Amma keçən müddət bu həqiqətlə bağlı daha dəqiq bir dəlil təqdim etmişdi, çünki aradan iyirmi il keçdikdən sonra, özlüyümdə əvvəllər tanıdığım qızların deyil, onların o vaxtkı gəncliyinə indi sahib olan qızların dalıyca düşmək istəyirdim.
 
== K ==