Sivilizasiya: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 8:
 
== Ə ==
* Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir. [[Ziqmund Freyd]]
* Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. [[Ziqmund Freyd]]
 
== S ==
* Sivilizasiya - mədəniyyətin özidentifikasiysında çatdığı elə bir hüduddur ki, burada o, ümumbəşəri və ya qlobal sivilizasiya ola bilər. - [[Arnold Cozef Toynbi]]