Gi de Mopasson: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 46:
* Mən bir qadın kimi mənə aşiq olan kişiləri qəbul etmirəm. O axmaqlıq edir və təhlükəli olur. Məni qadın kimi sevən, yaxud özünü aşiq kimi göstərən kişilərlə hər cür əlaqəni kəsirəm. Birincisi ona görə ki, onlar məni bezdirir. İkincisi, onlardan hər an adama cuma biləcək quduz itlərdən qorxduğum qədər qorxuram. Ona görə də mən onları sağalana qədər mənəvi karantində saxlayıram.
* Mənim fəlsəfəm: qürubu dostumla qarşılamaq; mənim prinsipim: sübhü təklikdə qarşılamaq; mənim yaradıcılığım: günü düşmənlərimlə keçirmək.
* Mənim üçün nikah zəncir yox, əməkdaşlıqdır. Mən izlənməyimə, qısqanclığa, öyüd-nəsihətə dözə bilmirəm. Təbii ki, mən familiyasını daşıyacağım adamı nüfuzdan salmamağı, onu yalan və ya gülünc vəziyyətə salmamağı öhdəmə götürürəm. Amma qoy o da məni xidmətçi və itaətkar arvad gözündə yox, hər şeydə ona bərabər olan müttəfiq kimi görsün.
* Milyonlar üzərində mənəvi başlanğıcın qələbəsi üçün içirəm. Bu o demək deyil ki, o, yad ciblərdə mənə mane olur və mən heç də onların sahiblərinə paxıllıq etmirəm. Mən prinsipə görə etiraz edirəm.