Fukidid: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2:
[[Şəkil:Thucydides-bust-cutout ROM.jpg|220px|thumb|right|Fukidid]]
{{ABC}}
== A ==
* Azadlığı xoşbəxtlik, cəsarəti isə azadlıq hesab edin.
== B ==
* Başqasına qulluq göstərən etibarlı dostdur.Çünki, o, sonrakı xidmətləri ilə də layiq olduğu minnətdarlığı saxlamağa çalışır. Əksinə, mərhəmət göstərən insan daha az qısqanc olur. Çünki, o başa düşür ki, xeyirxah əməli dostluğa görə yox, vəzifəsinə görə edir.
* Biz Afinalılar, siyasət ilə əlaqədar qərarları uyğun müzakirələrdən sonra alırıq; ən pis olan şey, nəticələri müzakirə edilmədən bir [[siyasət]]in tətbiq olunmasıdır.
* Bütün insanlar şəxsi və ictimai həyatda qanunsuz əməllər etməyə meyillidirlər və heç bir qanun onları bu işdən çəkindirə bilmir. Dövlətlər hər cür cəza tədbirləri sınamış və hər zaman da bu tədbirləri gücləndirmişlər. Müəyyən müddətdən sonra demək olar ki, bütün cəzalar ölüm cəzası ilə əvəz edilmişdir. Buna baxmayaraq, cinayətlərin sayı azalmadı. Beləliklə, ya daha qorxunc cəzalar fikirləşmək, ya da heç bir cəza ilə cinayətkarı qorxutmağın mümkün olmadığını etiraf etmək lazımdır.
 
== Ç ==
* Çox nadir hallarda müharibəni qabaqcadan müəyyən edilmiş plana görə edirlər. Şəraitdən asılı olaraq yolları və vasitələri müharibənin özü seçir.