Vissarion Belinski: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 97:
* Qadın vəzifəcə, qəlbi və qanı ilə bir anadır. Ana sevgisi qədər müqəddəs və təmənnasız sevgi yoxdur. Hər cür bağlılıq, hər cür sevgi, ehtiras onunla müqayisədə ya zəifdir, ya da təmənnalıdır.
* Qadına nəinki zəruri insan, eləcə də zəmanəmizin alicənab insanı üçün sevgi imkanının başlıca şərti kimi baxmaq və hörmət etmək lazımdır. Gözəl nəşr edilmiş boş kitabı görmək xoş olmadığı kimi, həyatın bütün maddi nemətlərindən istifadə edən boş adamı görmək də bir o qədər xoşagəlməzdir.
* Qadının yalnız gözəl və gənc olduğuna görə öz taleyini onun taleyi ilə bağlamaqdan təhlükəli heç nə yoxdur.
* Qayıqla kiçik gölməçədən keçərkən dəniz xəritəsindən istifadə etmək axmaqlıqdır.