Vissarion Belinski: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 45:
== Ə ==
* Ədəbiyyat-xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir.
* Əxlaqsızlıq heyvani hissiyyatdır və burada heç bir poeziya ola bilməz. Çünki, poeziyaya düşüncənin insanı heyvana qədər alçaldan elementləri yox, yalnız ağıllı elementləri daxildir.
* Əgər həyatımızın bütün məqsədi şəxsi xoşbəxtliyimizdən, şəxsi xoşbəxtliyimiz isə yalnız bir sevgidən ibarət olsaydı, o zaman həyat həqiqətən boz səhraya bənzəyərdi... Amma, eşq olsun əbədi idraka, qayğıçəkən ilahi qüvvəyə! İnsanın daxili aləmindən başqa tarixi düşüncə və ictimai fəaliyyət kimi böyük aləmi də var.
* Əgər istedad öz cəhdləri və səyləri səviyyəsində olmaq üçün özündə kifayət qədər güc hiss etmirsə, o zaman siz ondan meyvə gözləsəniz də, o yalnız barsız çiçək açacaq.