Artur Şopenhauer: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 62:
* Həqiqi dostluq - nəhəng dəniz ilanları kimi xəyali və ya bir yerdə olub-olmadığı bilinməyən şeylərdən biridir.
* Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir.
* Hər bir insanın ölümü ilə bərabər ona məxsus hansısa dünyası da dağılır. Sağlığında insan nə qədər ziyalı, ağıllı idisə, dünya da bir o qədər aydın, dəqiq və əhəmiyyətli, onun yox olması isə acınacaqlı idi. Heyvanın ölümü ilə isə yalnız miskin rapsodiya (rapsodiya-qədim Yunanıstanda xalq mahnıları-Ş.Q.) və hansısa dünyanın eskizi yox olur.
* Hər bir millət başqasını ələ salır və onların hamısı eyni dərəcədə haqlıdır.
* Hər bir uşaq müəyyən mənada dahi, hər bir dahi isə müəyyən mənada uşaqdır.