Mixail Lomonosov: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 59:
* Tanrı bəşər övladına iki kitab bəxş etdi. Birində əzəmətini, digərində iradəsini göstərdi. Birinci kitab Onun yaratdığı görünən dünyadır. O dünya ki, onun binalarının nəhəngliyinə, gözəlliyinə, ahəngdarlığına baxan insan ona verilən anlayışa uyğun olaraq Tanrının qüdrətini qəbul etsin. İkinci kitab isə Müqəddəs Ayələrdən ibarətdir. Bu kitabda bizim xilasımız üçün Yaradanın iltifatı göstərilmişdir.
* Təbiət olduqca sadədir. Buna zidd olanların hamısı rədd edilməlidir.
* Təbiətdə mövcud olan hər şey riyazi olaraq dəqiq və müəyyəndir; bəzən bu dəqiqliyə şübhə ilə yanaşsaq da, cahilliyimiz bundan heç bir nəticə çıxarmaz: hətta bütün dünya iki dəfə iki dörd olmasına şübhə etsə belə, bütün şübhələnənlərdə də iki dəfə iki dörd edəcəkdir.
* Tənbəl insan iyrənc, üfunətli və hərəkətsiz bataqlıq suyuna oxşayır.