Mahatma Qandi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 143:
== T ==
* Tanrı dualarımızı bizə görə yox, öz üsuluna görə cavablar.
* Tərif fəziləti gücləndirə bilməz. İnsanın etdiyi xeyirxahlıq barədə susmaq yaxşıdır. Xeyirxahlıq nümunəsinə əməl etmək ən səmimi tərifdir.
* Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxşı söz tanımıram.
* Tolerantsızlıq insanın öz ideologiyasına inanmamasının sübutudur.
* Torpağı qazıb onu becərməyi unutmaq özümüzü unutmaq deməkdir.
 
== U ==
* Uşaqların tərbiyəsi mayalanmadan başlanır. Mayalanma anında valideynlərin fiziki və mənəvi vəziyyəti rüşeymdə əks etdirilir. Sonra, hamiləlik dövründə uşaq ananın əhval-ruhiyyəsinin, onun arzularının və xarakterinin, eləcə də onun həyat tərzinin təsiri altında olur. Doğulduqdan sonra uşaq valideynlərini təqlid etməyə başlayır və uzun illər ərzində onun inkişafı tamamilə valideynlərdən asılı olur.