Mahatma Qandi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 94:
== M ==
* Mahatmaların bədbəxtlikləri yalnız mahatmalara məlumdur.
* Mən divarlara, arakəsmələrə dözə bilmirəm. Bütün yeri əhatə edən səma, maneə görməyən külək, sahilləri yuyan okean - budur ideal.
* Mən həyatım boyu tənqidçi dostlarımın nəzakətli və dostcasına tənqidindən pərəstişkarlarım tənqidindən daha çox fayda götürmüşəm.
* Mən inanıram və mənim bu inamım təcrübə ilə təsdiq edilmişdir: əgər insanın ürəyi təmizdirsə, o fəlakətlə mübarizə aparmaq üçün hər zaman lazımi vasitələr və lazımi adamlar tapacaq.
* Mən insanlardan yalnız yaxşılıq gözləyirəm. Mənim özüm də günahsız deyiləm. Ona görə də diqqətimi başqalarının səhvlərinə yönəltməkdə özümü haqlı hesab etmirəm.
* Mən ona qəti əminəm ki, dünya sevgi üzərində dayanır.
* Məncə, quzunun həyatı insan həyatından heç də az qiymətli deyildir. Mən təsdiq edirəm: köməksiz hər bir varlığın insan qəddarlığından köməksiz olduğu qədər qorunmaq hüququ vardır.
* Məndə yumor duyğusu olmasa, çoxdan intihar edərdim.
* Mənəvi münasibətlər fiziki münasibətlərdən daha qiymətlidir. Mənəvi münasibətlərsiz fiziki münasibətlər ruhsuz bədən kimidir.