Mahatma Qandi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 101:
* Mən divarlara, arakəsmələrə dözə bilmirəm. Bütün yeri əhatə edən səma, maneə görməyən külək, sahilləri yuyan okean - budur ideal.
* Mən həyatım boyu tənqidçi dostlarımın nəzakətli və dostcasına tənqidindən pərəstişkarlarım tənqidindən daha çox fayda götürmüşəm.
* Mən Hindistana bağlıyam və hər şey üçün ona borcluyam... Hindistana olan duyğularımı həyat yoldaşıma olan hisslərimlə bərabərləşdirib aydın ifadə edə bilmirəm. Dünyada heç bir qadın məni onun kimi həyəcanlandırmır. Ona görə yox ki, o mükəmməldir. Deyə bilərəm ki, onun qüsurları hətta mən gördüyümdən də çoxdur. Amma burada bir qırılmazlıq, bağlılıq hissi var. Bu hiss bütün səhvləri və məhdudiyyətləri ilə birlikdə induizmə də aiddir.
* Mən inanıram və mənim bu inamım təcrübə ilə təsdiq edilmişdir: əgər insanın ürəyi təmizdirsə, o fəlakətlə mübarizə aparmaq üçün hər zaman lazımi vasitələr və lazımi adamlar tapacaq.
* Mən insanlardan yalnız yaxşılıq gözləyirəm. Mənim özüm də günahsız deyiləm. Ona görə də diqqətimi başqalarının səhvlərinə yönəltməkdə özümü haqlı hesab etmirəm.