Elm: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
k Reverted 2 edits by 5.197.144.127 (talk) to last revision by Rəşid Nurməmmədov. (TW)
Teq: Geri qaytarma
Sətir 1:
{{ABC}}
== A ==
* Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. [[İsa]]
* Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. [[Əbu Turxan]]
* Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. [[Emil Zolya]]
 
== B ==
Sətir 16 ⟶ 18:
* Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. [[Cəmaləddin Əfqani]]
 
== E ==
Sən sən ol elgün kimi ol!
* Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. [[Volter]]
* Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. [[Viktor Hüqo]]
* Elm ağılın çırağıdır. [[Azərbaycan atalar sözləri]]
* Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. [[Sokrat]]
* Elm atom bombasını icad etməklə heç də pis bir iş görmədi. Çünki, əsl pislik insanların beynində və qəlblərindədir. [[Albert Eynşteyn]]
* Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. [[Xudu Məmmədov]]
* Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. [[Əbu Turxan]]
* Elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır. [[Albert Eynşteyn]]
* Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. [[Emerson]]
* Elm dərkdən başqa bir şey deyildir. [[Platon]]
* Elm dünyanı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. [[Jan de Labrüyer]]
* Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. V.Solouxin
* Elm əvvəlcədən yazılmış [[kitab]]dır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar. [[Əbu Turxan]]
* Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür. (Çin atalar sözü)
* Elm həmişə təzədir. [[Tofiq Hüseynzadə]].
* Elm ideyalar dramıdır. [[Albert Eynşteyn]].
* Elm inkişafın ön cəbhəsidir, mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. [[Əbu Turxan]]
* Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. [[Covanni Viko]]
* Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur. [[Puankare]]
* Elm öyrənmək heç vaxt gec deyil. [[İbn Sina]]
* Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir. (Konfutsi:Qədim Çin mütəfəkkiri)
* Elm səbəb, əməl isə nəticədir. [[Nəsirəddin Tusi]]
* Elm sərkərdə,təcrübə isə onun əsgəridir. [[Leonardo da Vinçi]]
* Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir. [[Əbu Turxan]]
* Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. [[Karl Saqan]]
* Elm təşkilatlanmış bilikdir. [[Herbert Spenser]]
* Elm və idman sevgi görmədiyi yeri tərk edər. [[İbn Sina]]
* Elm və sənət qoşa qanaddır. [[Xudu Məmmədov]]
* Elm üçün arxayınçılıqdan və yerində saymaqdan təhlükəli heç nə yoxdur. V.İ.Lenin
* Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü: elm haqqında elm yarandı. [[Tur Xander]]
* Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan. [[Tur Xander]]
* Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir. [[Əbu Turxan]]
* Elmdə geniş bir şahrah yol yoxdur və o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daş-kəsəkli yolları ilə dırmansın. [[Karl Marks]]
* Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar. [[Henri Kaldervud]]:İsveç filosofu)
* Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. [[Aristotel]]
* Elmdir cümlə sənətin dəyəri, Elmsiz sənətin nədir səməri? [[Abbas Səhhət]]
* Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. [[Tur Xander]].
* Elmi başqalarına izah etməmək mənə əqlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. [[Karl Saqan]]
* Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. [[Sədi]]
* Elmi biliklər üst-üstə yığılarkən bəzən ən qiymətliləri altda qalır, onları tapıb yenidən üzə çıxarmaq üçün hərdən bütün sistemi dağıdıb yenidən qurmaq lazım gəlir. Əbu Turxan
* Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur. [[Vasili Klyuçevski]]
* Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. Nuşirəvan Adil Xosrov
* Elmi təfəkkürdə həmişə poeziya elementi olur. [[Albert Eynşteyn]]
* Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. M. Əvhədi
* Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar. [[Əbu Turxan]]
* Elmin düşməni yaddaş zəifliyidir. [[Nəsrədddin Tusi]]:Azərbaycan filosofu və astronomu)
* Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır. [[Pyer Buast]]:Fransız dilşünası)
* Elmin gücü, Yıxar bürcü. Atalar sözü
* Elmin istədiyi yeganə şey odur ki, işlənmiş avtomobil alanda və ya TV reklamlarında gördüyümüz ağrıkəsicilərin keyfiyyətini yoxlayanda necə şübhəli yanaşırıqsa, başqa şeylərə də o cür yanaşaq. [[Karl Saqan]]
* Elmin köməyi ilə insan öz təbiətindəki çatışmazlığı düzəltmək iqtidarındadır. [[İlya Meçnikov]]
* Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır. [[Əbu Turxan]]
* Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. [[Platon]]
* Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. [[Leonardo da Vinçi]]
 
== Ə ==