Nikola Tesla: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:Tesla3.jpg|200px|right|thumb|Nikola Tesla]]
Nikola Tesla (serb-kiril Никола Тесла, 10 iyul 1856, Smilyan, Xorvatiya – 7 yanvar 1943, Nyu-York, ABŞ) - Nikola Tesla-elektrotexnika və radiotexnika sahəsində ixtiraçı, mühəndis, fizik, dəyişən cərəyanda işləyən qurğuların, çoxfunksiyalı sistemlərin və elektrik mühərrikinin yaradıcısı olmuşdur. Maqnit axını sıxlığının ölçülməsi vahidinə Teslanın adı verilib. Serb alimi Nikola Teslanın Bakıda, Azadlıq prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində abidəsi ucaldılıb, adına bağ və park var. Abidənin müəllifləri Azərbaycanın xalq rəssamı, heykəltəraş Ömər Eldarov və Memar Sənan Salamzadədir.
{{ABC}}
==B==
* Buraxın gerçəkləri gələcək söyləsin və hamıyı əsərləri və nailiyyətlərinə görə dəyərləndirilsin. Bu gün onların olsun, amma üzərində işlədiyim gələcək mənimdir.<ref>Tesla: Man Out of Time (2001), Margaret Cheney, s. 230</ref>
==İ==
* İndiki zaman onlara aid ola bilər, amma üzərində işlədiyim gələcək mənə aiddir.<ref>[http://nationalgeographic.com.tr/makale/kesfet/ilklerin-adami-nikola-tesla/2386 http://nationalgeographic.com.tr/]</ref>
* [[İnsan]]ın ürəyini, bir alimin öz beyninin yaratdığı məhsulun uğur qazanmasını görməkdən çox həyəcanlandıran bir şey olmadığını düşünürəm. Bu hisslər insana yeməyi, yatmağı, dostları, sevgini, qısaca hər şeyi unutdurur. <ref>Quoted in Marconi and Tesla: Pioneers of Radio Communication (2008) by Tim O'Shei, ISBN 159845076X , p.5</ref>
* İnsan haqqında danışarkən bütövlükdə bütün bəşəriyyəti təsəvvür edirik və ayrıca bir şəxsə elm metodlar tətbiq edərkən bu fiziki faktı nəzərə almaq lazımdır. Məgər bu gün bu milyon fərdlərin, sonsuz tiplərin, xarakterlərin bütöv bir vahid təşkil etməsinə kimsə şübhə edə bilərmi?
* İradə və hərəkətimizdə sərbəst olsaq da, biz birik və göydəki ulduzlar kimi bir-birimizə qırılmaz tellərlə bağlıyıq. Bu tellər görünmür, amma biz onu hiss edirik. Mən barmağımı kəsirəm və barmağımdan qan axır: bu barmaq mənim bir hissəmdir. Mən dostumun ağrısını görürəm və bu ağrı mənə də təsir edir. Biz dostumla vahid bir varlığıq. Mən bütün kainatda ən az yazığım gəldiyi məğlub düşməni seyr edəndə belə kədərlənirəm. Məgər bu, bizim hamımızın bütöv bir vahidin hissəcikləri olduğumuza sübut deyilmi?
 
==M==
* Markoni yaxşı dostdur, 17 dənə patentimi istifadə edir. Qoyun davam etsin.<ref>[http://www.pbs.org/tesla/ll/ll_whoradio.html pbs.org]</ref>
==N==
*[[Nifrət]]iniz elektrikə çevrilsəydi, bütün dünyanı işıqlandırmağa bəs edərdi.<ref>[https://soz-dunyasi.blogspot.com/2017/09/nikola-tesla-sozleri.html Söz Dünyası]</ref>