Nikola Tesla: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 11:
* [[İnsan]]ın ürəyini, bir alimin öz beyninin yaratdığı məhsulun uğur qazanmasını görməkdən çox həyəcanlandıran bir şey olmadığını düşünürəm. Bu hisslər insana yeməyi, yatmağı, dostları, sevgini, qısaca hər şeyi unutdurur. <ref>Quoted in Marconi and Tesla: Pioneers of Radio Communication (2008) by Tim O'Shei, ISBN 159845076X , p.5</ref>
* İnsan haqqında danışarkən bütövlükdə bütün bəşəriyyəti təsəvvür edirik və ayrıca bir şəxsə elm metodlar tətbiq edərkən bu fiziki faktı nəzərə almaq lazımdır. Məgər bu gün bu milyon fərdlərin, sonsuz tiplərin, xarakterlərin bütöv bir vahid təşkil etməsinə kimsə şübhə edə bilərmi?
* İntuisiya dəqiq biliyi üstələyən bir şeydir. Şübhəsiz ki, beynimiz çox həssas sinir hüceyrələrinə malikdir və bu, məntiqi nəticələrin və ya zehni səylərin müəyyən edə bilmədiyi həqiqətləri hiss etməyə imkan verir.
* İradə və hərəkətimizdə sərbəst olsaq da, biz birik və göydəki ulduzlar kimi bir-birimizə qırılmaz tellərlə bağlıyıq. Bu tellər görünmür, amma biz onu hiss edirik. Mən barmağımı kəsirəm və barmağımdan qan axır: bu barmaq mənim bir hissəmdir. Mən dostumun ağrısını görürəm və bu ağrı mənə də təsir edir. Biz dostumla vahid bir varlığıq. Mən bütün kainatda ən az yazığım gəldiyi məğlub düşməni seyr edəndə belə kədərlənirəm. Məgər bu, bizim hamımızın bütöv bir vahidin hissəcikləri olduğumuza sübut deyilmi?