Nikola Tesla: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 23:
* Markoni yaxşı dostdur, 17 dənə patentimi istifadə edir. Qoyun davam etsin.<ref>[http://www.pbs.org/tesla/ll/ll_whoradio.html pbs.org]</ref>
* Mən dünyanı parçalaya bilərdim, amma bunu heç vaxt etməyəcəyəm. Mənim əsas məqsədim yeni hadisələri qeyd etmək və yeni tədqiqatların başlanğıc nöqtəsi olacaq ideyaları yaymaqdır.
* Mən stansiyamın tikintisini başa çatdırmalıyam. Bu, bəşəriyyəti bir əsr irəli aparan bir addım olacaq.
* Mən tamamilə üzülmüşəm, amma işimi dayandıra bilmirəm. Mənim eksperimentlərim o qədər vacib, o qədər gözəl, o qədər təəccüblüdür ki, yemək yeməyə ərinir, yatanda belə onları düşünürəm. Güman edirəm ki, ölənə qədər işimi davam etdirəcəm.
* Mənə modellər, təsvirlər, təcrübələr lazım deyil. İdeyalarım yarananda təsəvvürümdə cihaz qurmağa başlayıram, konstruksiyanı dəyişirəm, onu təkmilləşdirir və işə salıram. Mənim üçün cihazın fikirlərimdə, yaxud emalatxanamda sınaqdan keçirililməsinin heç bir fərqi yoxdur- nəticələr eyni olacaqdır.