Albert Eynşteyn: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 218:
* Milliyətçilik bir uşaq xəstəliyidir - bəşəriyyətin qızılcası.
* Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar.
* Musiqi sədaları altında cərgədə addımlayanlara nifrət edirəm. Belələrinə əsas beyin səhvən verilib və onlar üçün onurğa beyni kifayət edərdi. Sivilizasiyanın bu cür rüsvayçılığına son qoyulmalıdır. Vətənpərvərlik adlanan və komanda ilə edilən qəhrəmanlığa, mənasız qəddarlığa və iyrənc mənasızlığa, müharibənin amansızlığına, mənasızlığına nifrət edirəm. Müharibə nə qədər amansız və mənasızdır. Mən tikə-tikə olmağı bu çirkin hərəkətin bir hissəsi olmaqdan üstün tuturam. Mən möhkəm əminəm ki, müharibə adı altında törədilən qətl elə qətl olaraq qalır.
* Müasir dünyada insan azadlığını krossvord həll edənin azadlığına bənzədirəm: nəzəri cəhətdən krossvord həll edən istənilən sözü krossvorda yaza bilər, amma o yalnız bir söz yazmalıdır ki, krossvord həll edilsin.
* Müvəffəqiyyətli bir insan olmağa çalışmayın, dəyərli bir insan olmağa çalışın. Müvəffəqiyyətli bir insan həyata verdiyindən çoxunu geri alır, qiymətli bir insan isə həyatdan aldığından artığını geri verir.