Albert Eynşteyn: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 261:
* Sizin gerçək dəyəriniz insanlara qarşı bəslədiyiniz hisslərlə, iş və hərəkətlərinizlə, həm də özləri ilə birlikdə onlara edəcəyiniz yaxşılıqlarla ölçülür.
* Son arı yoxa çıxdıqdan sonra insan yalnız bir neçə il yaşayacaq.
* Soyuq yoxdur! Bu sözü istilik olmayanda keçirdiyimiz hissi təsvir etmək üçün yaratdıq. Qaranlıq da yoxdur. Qaranlıq əslində işığın olmamasıdır. Qaranlıq, insanın işıq olmayanda nə baş verdiyini təsvir etmək üçün istifadə etdiyi bir anlayışdır. Pislik yoxdur! Pislik, sadəcə Allahın olmamasıdır. Pislik, insan qəlbində ilahi sevginin olmamasının nəticəsidir. Bu bir növ istilik olmayanda düşən soyuğa, işıq olmayanda isə düşən qaranlığa bənzəyir.
* Sual vermək çox vacibdir. Maraq insana təsadüfən verilməmişdir. Ağıllı insanlar həmişə suallar verirlər. Həlli tapmaq üçün özünüzdən və digər insanlardan soruşun. Bu, sizin yeni bir şey öyrənməyinizə kömək edəcək, səviyyənizin təhlil edilməsinə imkan verəcəkdir.
* Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.