Albert Eynşteyn: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 185:
* İnanmamaqdan inanmaq daha yaxşıdır, çünki inamla hər şey mümkün olur.
* İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.
* İnsan, Kainat adlandırdığımız, zaman və məkanla məhdudlaşırılan vahidin bir hissəsidir. O özünü, düşüncələrini və hisslərini bütün dünyadan ayrı hiss edir. Bu isə optik bir illüziyadır. Bu illüziya arzularımızı, bizə yaxın olan insanlara bağlılığımızı məhdudlaşdıran bir zindana çevrilib. Bizim vəzifəmiz hər bir canlıya, bütün dünyaya qədər iştirak dairəmizi genişləndirmək və bu həbsxanadan azad olmaqdır. Heç kim belə bir işi sona qədər başa çatdıra bilməz, ancaq bu məqsədə çatmaq üçün edilən cəhdlər azad olmanın bir hissəsi və daxili inamın əsasıdır.
* İnsan - özünü, düşüncələrini və hisslərini bütün dünyadan ayrı hiss edir - və bu onun optik illüziyasıdır. Bu illüziya istəklərimizi məhdudlaşdıraraq bizim üçün bir zindan oldu. Bizim vəzifəmiz hər bir canlıya, bütün dünyaya qədər iştirak dairəmizi genişləndirərək bu həbsxanadan azad olmaqdır. Heç kim bu işi sona qədər başa çatdıra bilməz, ancaq bu məqsədə çatmaq üçün cəhdlər qurtuluşun bir hissəsidir.
* İnsan səylərindən ən mühümü-mənəviyyata cəhd etməkdir. Bizim daxili sabitliyimiz, mövcudluğumuz ondan asılıdır. Həyatımıza gözəllik və ləyaqət verən yalnız əməllərimizdəki mənəviyyatdır. Təhsilin əsas vəzifəsi onu canlı qüvvəyə çevirmək və əhəmiyyətini aydın dərk etməyə kömək etməkdir.