Dmitri Mendeleyev: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Elementlərin necə lazımdır düzülməsini yuxuda çox aydın gördüm. Yuxudan oyanıb elə o dəqiqə yuxuda gördüyümü bir kağıza yazıb yenidən yuxuya getdim. Sonralar yalnız bir yerdə düzəliş etməli oldum.
* Elm, ölçüyə başlanıldığı andan başlayır. Dəqiq elmləri ölçüsüz təsəvvür etmək çətindir.
* Elm ümumi bir sərvətdir. Ona görə də ədalət tələb edir ki, ən böyük elmi şöhrət məlum həqiqəti ilk dəfə söyləyənə yox, bu həqiqəti başqalarına inandırmağı bacarana, onun etibarlılığını göstərənə və elmdə tətbiq edənə verilməlidir.
* Elmi bilik və proqnozlaşdırma hüdudlarını qabaqcadan görmək mümkün deyil.
* Etiqada toxunmamaq olmaz. O, dinin əsasıdır. Bizim zamanımızda isə hər bir din kobud və primitiv xurafatdır. Xurafat, biliyə əsaslanmayan inamdır.