Salvador Dali: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 42:
* Mən elə ancaq öz rəsmlərimi korlamaqla məşğulam. Və sonra deyirəm ki “istədiyimi etdim”.
* Mən həmişə başqalrının görmədiyi şeyləri görürəm, başqalarının gördüyü şeyləri isə görmürəm.
* Mən kasıb, yaxud varlı olub-olmadığımı bilmirəm. Hər şeyi arvadım idarə edir. Mənim üçün pul mistikadır.
* Mən narkotik qəbul etmirəm. Mən özüm narkotikəm.
* Mən özümü incəsənətlə nizama salır və bunu normal insanlara da yoluxdururam.
* Mənim əsərlərim - həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də ki hiss axtarmayın.
* Mənim üçün ağılsızlıq olduqca cəzbedicidir və o, təlxəklikdən irəli gəlir. Mən qeyri-səmimiliyin harada qurtardığnı, səmimiliyin isə harada başlandığı kimi dolaşıq suala heç vaxt cavab tapa bilmirəm.
* Mənimlə ağıldankəmağıldan kəm arasında 1 fərq var: ağıldankəm düşünür ki ağlı başındadır, amma mən bilirəm ki ağlım başımda deyil.
* Mükəmməllikdən qorxmayın! Biz ona nail olmaq gücündə deyilik!
* Mükəmməllikdən qorxmayın, onun sizə heç bir qorxusu yoxdur...