Mark Tven: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 114:
* Mən otuz il ərzində demək olar ki, dəyişilməyən kişiləri və onların qoca qarılara çevrilən arvadlarını görmuşəm. Bu qadınların hamısı fəzilətli olublar. Fəzilət isə insanı çox qocaldır.
* Mən özüm üçün eyni vaxtda bir siqardan başqa siqar çəkməyəcəyim barədə qayda müəyyən etdim.
* Mən riyaziyyatı ona görə sevirəm ki, onda insani deyilən heç nə yoxdur. Bir də ona görə ki, onun planetimizlə, Kainatla heç bir əlaqəsi yoxdur və ona olan sevgi cavabsızdır.
* Mən siyasətə qarışmıram. Bizdə siyasi şöbənin redaktoru var. O, çox qabiliyyətli adamdır. Əgər o, bir-iki il türmədə olsa, müsbət dərəcədə əvəzolunmaz bir insan olar.
* Mən zehni və fiziki əməyi sınaqdan keçirdim. Kainatda olan bütün pulları mənə versələr belə, otuz gün dalbadal bellə işləməyə razı olmazdım. Amma hər cür, hətta ən ağır zehni əməklə pulsuz məşğul olar və çox razı qalardım.