Uinston Çörçill: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 69:
* Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız.
* Əgər şərəfinizə və sağlam düşüncənizə zidd deyilsə, heç vaxt təslim olmayın - heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt, nə böyükdə, nə kiçikdə, nə iridə, nə xırdada. Heç vaxt, gücə, rəqibinizin gücündən açıq-aşkar üstün olan gücə təslim olmayın.
* Əminəm ki, bu gün biz öz taleyimizin sahibiyik, biz öz payımıza düşən sınaqlardan üstün ola bilərik; mən zəhmətin, iztirabların yükünü daşıya bilərəm. Nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər.
* Ən parlaq nailiyyətim arvadımı evlənməyə razı salmağımdır.
* Ən yaxşı investisiya körpə uşağın südünə qoyulan investisiyadır.