Fyodor Dostoyevski: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 122:
* Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?
* Əgər ilkin əxlaqi ideyaların əsasları sizdə yoxdursa, o zaman vətəndaş məqsədlərinizə nail olmaq üçün insanları nə ilə birləşdirəcəksiniz?
* Əgər istəyirsinizsə ki, insan xoşbəxt olsun, o halda o çox bədbəxt olmalıdır.Əgər o həmişə xoşbəxt olarsa, tez bir zamanda da bədbəxt olacaq.
* Əgər mən bütün insani fəzilətlərin əsasının dərin eqoizmdən ibarət olduğunu bilirəmsə, o zaman mən nə edə bilərəm? Daha çox fəzilətli olan işlərdə daha çox eqoizm olur. Özünü sevmək! Bu, mənim qəbul etdiyim qaydalardan biridir. Həyat- ticarət sazişidir.
* Əgər saxlanılması üçün insanların dərisi soyulacaqsa, lənətə gəlsin o sivilizasiya və onun maraqları.
* Əgər sən hədəfə doğru gedirsənsə və bu yolda sənə hər hürən itə daş atmaq üçün dayanacaqsansa, onda heç vaxt hədəfə çatmayacaqsan.
* Əgər sən məqsədinə gedərkən yolda dayanıb sənə hürən hər itə daş atsan, heç vaxt məqsədinə çatmayacaqsan.
* Əgər siz bir insana baxıb onun ruhuna bələd olmaq istəyirsinizsə, ona susanda, danışanda, ağlayanda, yaxud da həyəcanlananda yox, güləndə baxın. Əgər yaxşı gülürsə, deməli, o yaxşı insandır.
* Əgər şərəf və məhəbbətlə yaşamaq üçün canlı və xeyirxah iradə yoxdursa, heç bir elmlə cəmiyyət qurmaq olmaz.
* Əxlaqlı ideallarla üzvi surətdə bağlı olmayan ictimai vətəndaş idealları heç vaxt mövcud deyildi və mövcud ola bilməz!
Sətir 132 ⟶ 133:
* Ən əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur.
* Əsas ideya onu yerinə yetirmək imkanından həmişə əlçatmaz qədər yüksək olmalıdır.
* Əsl həqiqət həmişə düzə oxşamır. Odur ki, onu həqiqətə bənzər eetməketmək üçün bir qədər yalan qatmaq lazım gəlir.
* Əslində insana ən çox əzab verən xəyal qırıqlığı deyil, yaşanması mümkün olub, amma yaşaya bilmədiyi xoşbəxtlikləridir.
* Ətrafdakı insanlar boş vaxtlarında özlərinə yer tapmayıb primitiv əyləncə və məşğuliyyət axtaranda, mən yaxşı bir kitab tapıb, öz-özümə deyirəm ki, təkcə bu, bütün həyata kifayətdir.