Fyodor Dostoyevski: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 109:
* Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir.
* Dünya səfehlik üzərində dayanır, onsuz Yer üzərində maraqlı heç nə baş verməzdi.
* Dünyada açıq ürəklilikdən çətin, yaltaqlıqdan asan şey yoxdur.
* Dünyada üç cür alçaq var: sadəlövh alçaqlar, yəni alçaqlıqlarını ən yüksək alicənablıq hesab edənlər, alçaqlıqlarına son qoymaq istəyərkən alçaqlıqlarından utanan alçaqlar, bir də sadəcə olaraq əsil alçaqlar.
* Dünyada yaşayan bütün varlıqlar içərisində yalnız insan cəfəngiyat danışa bilir. Bunu edən insan bir gerçəyi göstərir: mən cəfəngiyat danışıram, çünki mən insanam.