Larry King: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 7:
== B ==
* “Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.
== E ==
* “Etməliyəm” əvəzinə “Edəcəyəm”, “Etmək istəyirəm” deyin. “Mən ilk əvvəl bir az fikirləşməliyəm,” əvəzinə “Bir az fikirləşmək istəyərdim,” demək daha məqsədəuyğundur.
 
== Ə ==
* “Əgər” sözünü “Bu andan etibarən” sözüylə əvəzləyin. Məsələn, “Əgər mən tövsiyələrə qulaq assaydım..,” əvəzinə “Bu andan etibarən, tövsiyələrə qulaq asacağam” deyin. Çünki birinci halda siz ancaq keçmiş üçün peşmançılıq hissi keçirir və heç bir şeyi dəyişmirsiniz. İkinci halda isə, bunu tamamilə dəyişir və fayda əldə etmək üçün hərəkətə keçmiş olursunuz.