Hökmdar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 35:
* Heç bir səbəb olmadan xidmətçilərinə qəzəblənən hökmdar özünü zəhərləyir (özünə intiqam hissi yaradır) və onu qara kobra sancacaq. [[Çanakya]]
* Hökmdar barışığı altı ay və ya bir il müddətinə bağlamalıdır. Bu müddət düşmənin gücünü bilməyə və onu məğlub etməyə kifayət edər. [[Çanakya]]
* Hökmdar başqaları ilə münasibətdə müdrik, mehriban, qüsursuz olmalı, insanları məsafədə saxlamalı, özünü qurban verməli, eləcə də ağrılara, həzzlərə dözməlidir. [[Çanakya]]
* Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. [[Aqafon]]
* Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. [[Platon]]