Hökmdar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 40:
* Hökmdar ən vacib beş keyfiyyətə malik olmalıdır: o, əziyyət çəkənləri xilas etmək üçün var-dövlətindən imtina etməyə, fəzilətləri sevməyə, dostları, qohumları ilə ünsiyyətdən zövq almağa, təhsilə səy göstərməyə və bacarıqlı döyüşçü olmağa hər an hazır olmalıdır. [[Çanakya]]
* Hökmdar həzz almaqdan, nəşələnməkdən uzaq olmalıdır. Bu qüsurlara aludə olanlar mütləq düşmən tələsinə düşəcəklər. [[Çanakya]]
* Hökmdar layiqli metodlarla sərvət toplamalı, eyni zamanda nəcib ziyalıları da mükafatlandırmalıdır. [[Çanakya]]
* Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. [[Aqafon]]
* Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. [[Platon]]