Hökmdar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 42:
* Hökmdar layiqli metodlarla sərvət toplamalı, eyni zamanda nəcib ziyalıları da mükafatlandırmalıdır. [[Çanakya]]
* Hökmdar o insandır ki, o, yetimləri qoruyur, qaçqınlara sığınacaq verir, bədbəxtliyə düçar olanlara kömək durur, qorxu içində olanları qoruyur, özünə inamı olmayanlara kömək edir, hamının dostu, qohumu, himayədarı, xeyirxahı, müəllimi, atası, anası və qardaşı olur. [[Çanakya]]
* Hökmdar ölkəsini həqiqətə və salehlik prinsiplərinə sadiq qalaraq idarə etməlidir. O, düşmənlərin hücumlarını dəf etməli, arvadını sevən ər kimi öz ərazisini qorumalıdır. [[Çanakya]]
* Hökmdar pis insanlardan uzaq durmalı, yaxşı insanlarla oturub-durmalı, onlarla dost olmalı və müxtəlif mövzuları müzakirə etməlidir. [[Çanakya]]
* Hökmdar səbəb və dəlil olmadan qulluqçlarını incitməməli, təhqir etməməli, əksinə onların qayğısına qalmalıdır. [[Çanakya]]