Başına dönmək: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 5:
"Dədə Qorqud” da deyilir ki, Qazan bəy oğlu Uruz bəyi dustaqlıqdan xilas etdikdən sonra "qırx otaq tikdirdi. Yeddi gün, yeddi gecə yemə-içmə oldu. Qırx evli qulla, qırx cariyə oğlu başına çevirdi, azad elədi ”. Deməli, vaxtilə azad edilən qullar şəxsin ətrafında dönür, dolanır, çevrilirdi. Bu adət daha bir sıra xalqlarda olmuşdur.
 
"Başına dolanım”, "qadan alım”, "qurban olum”, kimi ifadələr şamanların müalicə məqsədini güdən prosesini təmsil edirdi. Türküstan şamlarının müalicə ayinlərini xatırlayaq. Şaman xəstəliyi xəstədən göyərçinə, yaxud toyuğa köçürərkən quşları üç dəfə xəstənin başına dolandırırdı. Ayinin birinci mərhələsi dilimizdə "başına dolanım” ifadəsinin yaranmasına səbəb olmuşdur. Bu ifadənin işlədən kəs müraciət etdiyi adamın başına dolanmağa hazır olduğunu bildirir. Bu, o deməkdir ki, o, müraciət etdiyi adamın bütün xəstəliklərini, dərd-sərini qəbul etməyə hazırdır.