"Qurd ilə qiyamətə qalmaq" səhifəsinin versiyaları arasındakı fərqlər

Nəzərə çarpan dəyişiklik yoxdur.
Qədim türk xalqlarında qurd müqəddəs (və buna görə də ölməz, qiyamətə qədər yaşayan) heyvan, totem hesab edilib. Qədim türk və monqol xalqları arasında qurdun müqəddəsliyi haqqında çoxlu əfsanə və rəvayətlər yayılıb. "Kitabi-Dədə Qorqud” dastanlarında "qurd üzü mübarək” hesab edilir. Qədimdə qurdun insanı hər cür bəladan, fəlakətdən qoruya bildiyi haqqında inam yayılmışdı. Qədim türk xaqanlarının yanına müxtəlif yerlərdən gələn elçilər üzərində qurd rəsmi olan bayrağa təzim edəndən sonra qəbul edilərdilər. Tarixin müxtəlif dövrlərində bir sıra türk xalqları (yakut, xakas, altay, qazax, tatar, qaqauz və s.) qurdun tükündən, dərisindən və dişindən müxtəlif məqsədlərlə istifadə edirdilər. Qədim təsəvvürlərə görə, sonsuzluğun qarşısını almaqda, uşaqların vaxtsız ölümdən xilas etməkdə qurdun çox mühüm köməyi vardır. Demək, qurd bir növ dirilik rəmzi, uzunömürlülük əlaməti hesab edilir. Qurd müqəddəs bir varlıq kimi qədim türk xalqlarını səadətə qovuşduran obrazdır.
 
Dünyanın bir çox xalqları qurdu müqəddəs heyvan hesab edir. Qədim Roma şəhərinin əsasını qoyan Romul və Rem qurd südü ilə bəslənmişlər. Romalılar müharibə allahı Marsı qurd şəklində təsəvvür edirdilər. Qurdun müqəddəsləşdirilməsinə qədim rus, ukrayna, gürcü, abxaz, kürd xalqlarında da təsadüf olunur.
 
[[Kateqoriya:Frazeoloji birləşmələr]]
[[Kateqoriya:Qanadlı ifadələr]]