Eqoizm: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 4:
* Eqoizm özünü xarici aləmdən təcrid edir. Daha doğrusu, əvvəlcə hər şeyi öz içinə alır və sonra da özünü xarici aləmdən kənarlaşdırır. Beləliklə, hazırda hiss etdiyimiz "eqo" əslində bütün kainatı əhatə edən və eqo ilə xarici aləm arasında yaranmış bir-birindən ayrılmaz bağı ifadə edən, daha geniş çalarlı bir hissin, sadəcə, kiçik modelidir. [[Ziqmund Freyd]]
== F ==
* Fərdin, eləcə də bütün bəşəriyyətin inkişafında mədəniyyət amili kimi eqoizmdən altruizmə dönüşü yalnız sevgi yaratdı. [[Ziqmund Freyd]]
* Fiziki xəstəlikdən əziyyət çəkən şəxslər obyektə duyduqları sevgini yavaş-yavaş itirməyə başlayırlar. Bu məqamda şəhvətlə eqo eyni taleyi bölüşərək, ayrılmaz vahidə çevrilirlər. Beləliklə, xəstənin məlum eqoizmi hər ikisinə də şamil olur. Biz isə bu halı olduqca təbii qarşılayırıq; çünki çox yaxşı bilirik ki, eyni vəziyyətə düşsək, həmin şeyi edəcəyik. Fiziki nasazlıqlar sevgiyə həvəsi öldürüb, laqeydlik yaradır. Bu mövzuya karikaturaçılar tez-tez müraciət edirlər. [[Ziqmund Freyd]]
 
== S ==