Başına dönmək: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
'''Başına dönmək''' - "Dönmək” əvəzinə dolanmaq, çevrilmək də deyilir. Başqa sözlə: birinin uğurunda fəda olmaq, özünü qurban vermək, habelə: "qurban olmaq”, "ağrısını (bəlasını, qadasını) almaq” ifadələri də eyni mənada işlənir.
 
== Tarixi ==
[[İnsan]] çox-çox qədimlərdə hər hansı fəlakətdən xilas olduqda sədəqə verirdilər ki, bu sədəqə müvafiq şəxsin başı üzərində və ya ətrafında üç dəfə dolandırılırdı. Məsələn, pul sədəqəsini baş üzərində, heyvan sədəqəsini şəxsin ətrafında dolandırılır. Bu adətini izlərinə bədii ədəbiyyatda rast gəlirik.
 
"Dədə Qorqud” da deyilir ki, Qazan bəy oğlu Uruz bəyi dustaqlıqdan xilas etdikdən sonra "qırx otaq tikdirdi. Yeddi gün, yeddi gecə yemə-içmə oldu. Qırx evli qulla, qırx cariyə oğlu başına çevirdi, azad elədi ”. Deməli, vaxtilə azad edilən qullar şəxsin ətrafında dönür, dolanır, çevrilirdi. Bu adət daha bir sıra xalqlarda olmuşdur.