Qurd ilə qiyamətə qalmaq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
'''Qurd ilə qiyamətə qalmaq''' - Qurd ilə qiyamətə qalmaq (getmək) məcazi mənada: həddən artıq çox yaşamaq, uzun ömür sürmək, uzun müddət mövcud olmaq deməkdir.
 
== Tarixi ==
[[Dünya]] xalqlarının şifahi xalq ədəbiyyatında qiyamətə yaxın yer üzündəki bütün adamların ölüb gedəcəyi, yalnız qarı ilə qurdun qalacağı haqqında mövhumi əqidə vardır. Bu ifadənin ilk dəfə necə və harada yaranması barədə dəqiq məlumat yoxdur.
 
Qədim türk xalqlarında qurd müqəddəs (və buna görə də ölməz, qiyamətə qədər yaşayan) heyvan, totem hesab edilib. Qədim türk və monqol xalqları arasında qurdun müqəddəsliyi haqqında çoxlu əfsanə və rəvayətlər yayılıb. "Kitabi-Dədə Qorqud” dastanlarında "qurd üzü mübarək” hesab edilir. Qədimdə qurdun insanı hər cür bəladan, fəlakətdən qoruya bildiyi haqqında inam yayılmışdı. Qədim türk xaqanlarının yanına müxtəlif yerlərdən gələn elçilər üzərində qurd rəsmi olan bayrağa təzim edəndən sonra qəbul edilərdilər. Tarixin müxtəlif dövrlərində bir sıra türk xalqları (yakut, xakas, altay, qazax, tatar, qaqauz və s.) qurdun tükündən, dərisindən və dişindən müxtəlif məqsədlərlə istifadə edirdilər. Qədim təsəvvürlərə görə, sonsuzluğun qarşısını almaqda, uşaqların vaxtsız ölümdən xilas etməkdə qurdun çox mühüm köməyi vardır. Demək, qurd bir növ dirilik rəmzi, uzunömürlülük əlaməti hesab edilir. Qurd müqəddəs bir varlıq kimi qədim türk xalqlarını səadətə qovuşduran obrazdır.