İmam Kazım: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Vago (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Vago (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 4:
*Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.<ref>Camiul-Əxbar, səh.313, hədis 870</ref>
*Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-taala ilə görüşər.<ref>Biharul-Ənvar, c.67, səh.242, hədis 82</ref>
*Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.<ref>Biharul-Ənvar, c.78, səh.323, hədis 23</ref>
==Mənbə==
<references/>