Rəftar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 6:
* Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə. [[Ömər Xəyyam]]
== D ==
* Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. [[I Osman]]
* Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin, biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər… [[Həsən bəy Zərdabi]]