Rəftar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 4:
* Ağılsız ər ilə istədiyi kimi rəftar etməyi ağıllı ərə qulaq asmaqdan üstün tutan qadınlar yolda görən və yolu bilənin ardınca getməkdənsə öz ardınca koru aparmağa üstünlük verir. [[Plutarx]]
* Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. [[Nəsirəddin Tusi]]
Ə
 
== B ==
* Böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur. [[Tomas Karleyl]]
* Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə. [[Ömər Xəyyam]]
== C ==
Sətir 18:
== H ==
* Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. [[Bertran Rassel]]
 
== X ==
* Xoş rəftar ağlın yarısıdır. [[Əli]]
 
== İ ==
* İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. [[Həzrəti Əli]]
Sətir 31 ⟶ 29:
* İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın. [[Əli]]
* İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram. [[Devid Rokfeller]]
 
== K ==
* Kobud və sərt rəftar bütün qapıları üstümüzə bağlayır. [[Samuel Smayls]]
== M ==
* Mən pulu ənənəvi yoldan qazandım: çox varlı qohumum ölmədən öncə onunla yaxşı rəftar etdim. [[Malkolm Forbs]]
 
== N ==
* Nəzakət və xoş rəftar o qədər nadir hala çevrilib ki, bəziləri bunu görəndə sevgi zənn edir. [[Riçard Gere]]