Üzeyir Hacıbəyli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 26:
* Mən Çaykovskinin yaradıcılığına coşğun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm.
* Müvəffəqiyyət - əldə edilmiş kamillikdir, kamillik isə asanlıqla qazanılmır.
== T ==
 
Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu burdan irəli gəlir.
== U ==
* Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər. <ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014</ref>