İsgəndər bəy Münşi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '== Ə == * Əllamə Təkəli Səfəvi məmləkətinin ən gözəli olan (Azərbaycanı) rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, [...' ilə yarat
 
Sətir 2:
* [[Əllamə Təkəli]] Səfəvi məmləkətinin ən gözəli olan (Azərbaycanı) rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, [[sultan]] bircə gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu (sultanı)nadan və haqtanımaz [[Əlqas Mirzə]]ni ağlının gödəkliyi və ondan da artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil adamlarından olan belə mehriban qardaşın ([[I Şah Təhmasib]]in) xidmətindən yayınıb [[Osmanlı imperiyası|Rum diyarı]]na getdi. [[Sultan Süleyman Qanuni|Sultan Süleyman]] onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı.
** Dünyanı bəzəyən Abbasın tarixi kitabından. <ref>İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.154.</ref>
 
== P ==
Sultan [Heydər] bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlarda dəbdə olan "Türkman papağı"nı on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şanşöhrətli adamlar "qızılbaş" ifadəsi ilə məşhur oldular.
* Dünyanı bəzəyən Abbasın tarixi kitabından. <ref>İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.70.</ref>
 
== İstinadlar ==
{{İstinad siyahısı}}