İsgəndər bəy Münşi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
'''İsgəndər bəy Münşi''' – [[Səfəvilər|Səfəvi]] <ref>Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX вв. — Л., 1949. — С. 20.</ref> [[tarixçi]]si, [[şair]] və [[xəttat]].
 
== Ə ==
* [[Əllamə Təkəli]] Səfəvi məmləkətinin ən gözəli olan (Azərbaycanı) rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, [[sultan]] bircə gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu (sultanı)nadan və haqtanımaz [[Əlqas Mirzə]]ni ağlının gödəkliyi və ondan da artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil adamlarından olan belə mehriban qardaşın ([[I Şah Təhmasib]]in) xidmətindən yayınıb [[Osmanlı imperiyası|Rum diyarı]]na getdi. [[Sultan Süleyman Qanuni|Sultan Süleyman]] onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı.